Baş gizir Xüsusi Təyinatlı Qüvvələrimizin əsas sirrini açdı - VİDEO

Baş gizir Xüsusi Təyinatlı Qüvvələrimizin əsas sirrini açdı -  VİDEO backend

XTQ mənsubu Mahir Məmmədov: “XTQ aktiv döyüş əməliyyatlarına başlayandan sonra ermənilər başa düşüblər ki, onların dövranı bitib...”

30 aprel tarixi Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin(XTQ) yaranma günüdür. Müdafiə Nazirliyinin nəzdində 1999-cu il aprelin 30-da qurulan XTQ-nin formalaşması I Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlərin iştirakı ilə baş verib. Türkiyə Silahlı Qüvvələri Xüsusi Təyinatlı Qüvvələrinin təlimçilərinin hazırladığı xüsusi təyinatlılar düşmənin qorxulu yuxusuna çevrilib. Sonralar Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri daha da təkmilləşdirilib.

XTQ-yə Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev rəhbərlik edir. O, 2016-cı ilin “Aprel döyüşləri” və 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin hərbi rəhbərlərindən biri olub. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələr Hikmət Mirzəyev rəhbərliyilə keçid etmişdi. II Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti qəhrəmanlığı ilə yaddaşlarda qaldı. Bu qüvvələr Cəbrayıl şəhərini və ətraf kəndləri düşməndən azad edib. Xüsusi təyinatlılar Şuşa şəhərinin azad edilməsində də müstəsna rol oynayıblar. 8 noyabr 2020-ci il tarixində İlham Əliyev general Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib. Vətən müharibəsindəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin sayəsində əldə edilib. Bu müharibə bütün xüsusi təyinatlı birləşmələrin aktiv şəkildə istifadə edildiyi savaş hesab olunur.

Xüsusi Təyinatlı Qüvvələrin yaranma GÜNÜDÜR

Azərbaycan xüsusi təyinatlılarının bir çoxu Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alıb, müxtəlif sertifikatlara layiq görülüblər. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi Zəfər paradı bir sıra məqamlarla yadda qalıb.  Xalqımıza Böyük Qələbənin sevincini yaşadan Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları da tribunanın önündən keçiblər. Zəfər paradını böyük sevinclə, qürur hissi ilə qarşılayanlardan biri də XTQ baş giziri, 1982-ci il təvəllüdlü Mahir Natiq oğlu Məmmədov olub. Cəbrayıl uğrunda aparılan döyüşdə ağır yaralanan Mahir Məmmədov Zəfər paradını müalicə olunduğu Hərbi Hospitalda izləyib. Cəbrayıl, Füzuli uğurunda döyüşlərdə göstərdiyi şücaətə görə medallarla təltif olunan Mahir Məmmədov XTQ-yə gəlişini belə xatırlayır:

Vətən müharibəsi qazisi: “Üç gün morqda qaldım” - VİDEO » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

- 2001-ci ildə “N” saylı hərbi hissədə xidmət edəndə XTQ-nin kursuna seçim oldu. Məni də seçdilər. XTQ kurslarına 429 nəfər qatıldıq. Türkiyənin Özəl Qüvvətlərindən müəllim və təlimatçılar bizə dərs keçirdi. Onların standartları ilə təlimlərə başladıq. Bizi ağır, çətin bir yol gözləyirdi. Təlimin ilk ayında 402 nəfər sıradan çıxdı, təlimləri buraxıb hərbi hissələrinə qayıtdılar. Olduqca çətin bir təlim idi. Xüsusi təyinatlının yetişdirilməsi çox çətindir. Bizim üçün səhər və axşam, soyuq və isti anlayışları aradan qalxmışdı. Qarşıya qoyulan məqsəd professional əsgərin yetişdirilməsi idi. İlk həftədən sonra “Cəhənnəm həftəsi” deyilən həftə başladı. Əksəriyyət həmin cəhənnəm həftəsində tab gətirə bilmir. Misal üçün, bütün heyət yeməyə gedir, yemək üçün cəmi 30 saniyə vaxt verilir. Təbii ki, 30 saniyəyə yeməkxanaya girib oradan yemək götürmək və çıxmaq hər bir kursanta nəsib olmur. Günlərlə ac, susuz qalırsan. Belə bir vəziyyətdə gecə yatdığın yerdə həyəcan siqnalı ilə qaldırır, kilometrlərlə qaçış komanda verilir. Bir çoxları əynini geyinib, “vesmeşok”u götürməyə macal belə tapmırdılar. İnsanın iradəsi, səbri imtahana çəkilirdi. Ağır idi, amma dözümək olurdu. 2 aydan sonra ixtisas seçimi başlanır. Qrup komandirləri, kəşfiyyatçı zabitlər, rabitə, səhiyyə, xüsusi əməliyyat qrupları yaradılır və bölgü aparılır. Bir XTQ əsgərinin hazırlanmasına 5 il vaxt lazımdır. Xüsusi əməliyyat qrupuna XTQ əsgəri 6 aydan sonra salınır. Bundan sonra professional mənada inkişaf başlayır.

Mahir Məmmədov deyir ki, 6 aylıq kursu 2002-ci il, aprelin 1-də bitiriblər:

- Komandirlərimiz sıra meydanında adlar oxudu. Aramızdan 5 nəfərin adını oxuyub dedilər ki, bəs siz kəsilmisiz. Belə əsaslandırdılar ki, kursun sonundakı sorğulama günündə danışıblar. Sorğulama günündə əsgərin müharibədə başına gələ biləcəklər, əsir düşəcəyi təqdirdə ola biləcəklər cüzi şəkildə tətbiq olunur. Gözlər 48 saat bağlı olur. Həmin zaman ərzində çox ağır psixoloji təsirlərə məruz qalırsan. Gərək ki, bir kəlmə də danışmayasan. Ümumiyyətlə XTQ əsgəri, zabiti əsir düşməməlidir, ən son addım kimi özünü düşmənlə birgə məhv etməlidir. Sorğulama günündə düşmənin əsirə edə biləcəyinin çox cüzi hissəsi tətbiq olunur. Sıranın qarşısına çıxarılan həmin 5 nəfərə də dedilər ki, siz sorğulamadan keçmədiz. Onlar da, biz də çox üzüldük. Sonra da məlum oldu ki, bu 1 aprel zarafatıdır. Beləcə kursu bitirib Vətənə xidmətə başladıq.

Mahir Məmmədov ilk döyüş tapşırığını belə xatırlayır:

-2014-cü ildə ermənilər Goranboy ərazisindəki mövqelərimizə tez-tez hücumlar edir, əsgərlərimizi şəhid edirdilər. Elə olmuşdu ki, 1 gündə 8 hərbçimizə pusqu qurub şəhid etmişdilər. Belə məlumatlar vardı ki, ordumuza qarşı bu əməliyyatları onların xüsusi təyinatlıları, 022 saylı hərbi hissənin şəxsi heyəti törədir. 2014-cü il yayında Goranboy ərazisindəki mövqelərimizdən “Gülüstan” qalası istiqamətində düşmənin işğal etdiyi əzəli torpaqlarımıza keçid etdik. Məqsədimiz düşməndən əsir götürmək idi. O ərazidə düşmənin “Sekret” adlı gizli postu vardı. Pusqu qurub gecədən səhərə qədər gözlədik. Lakin posta gələn olmadı. Postdan yenicə aralanmışdıq ki, oradan səslər eşidilməyə başladı. Anladıq ki, artıq posta gələnlər var. Amma geri qayıda bilməzdik. Çünki gizləndiyimiz meşəyə uzun müddət insan ayağı dəyməmişdi. Ətraf da çox səssiz idi. İstənilən hərəkətdən səssizlik pozula bilərdi və düşmən pusquda olduğumuzdan duyuq düşə bilərdi.

Marş İrəli” layihəsinin 3-cü mövsümünə start verildi – FOTOLAR – Yenicag.Az

Növbəti günün səhərinə qədər gözləyib düşmənin postdan qayıdacağını gözlədik. Səhər yolun üstündəki sıldırım qayanın alt hissəsindəki kolluqda mövqe tutub gözləməyə başladıq. Az keçəndən sonra 3 düşmən hərbçisi gəlib yoldan keçdi. Aramızdakı məsafə 1 metrə qədər idi. Özümüzdən asılı olmayaraq qrup üzvlərindən kimsə atəş açmadı. Heyətdə 6 nəfər idik. Həmin heyətdə hazırda Vətən Müharibəsi qəhrəmanları olan Yaşar Hüseynov, Ceyhun Camalov da vardı. Həmin 3 erməni hərbçisi keçəndən sonra bir-birimizə baxıb niyə atəş açmadığımızı aydınlaşdırmağa çalışırdıq. Həmin 3 nəfərə pusqu qursaydıq, çox böyük qüvvə ilə döyüşməli olacaqdıq. Çünki arxadan daha 6-7 nəfər erməni hərbçisi gəlirdi. Ümumi görünüşlərindən bilinirdi ki, xüsusi təyinatlılarıdır.

Biri, ardınca ikisi qarşımdan keçdi. Üçüncüsü qarşımdan keçəndə üzünü biixtiyar çevirib olduğum kola tərəf baxdı. Baxışlarımız toqquşdu. Amma ağlına gəlmədi ki, burada, cəbhə xəttindən 6-7 kilometr dərinlikdə Azərbaycanın xüsusi təyinatlısı ola bilər. Həmin ərəfədə XTQ aktiv döyüş fəaliyyətinə başlamışdı. 2 addım da atandan sonra dayanıb geri qayıtmaq istədi. Silaha əl atmaq istəyirdi ki, ayağa qalxıb avtomatın səsboğucusunu başına dirəyib atdım. Onun ardınca gələni də vurdum.

Şuşanın azad edilməsi planının detalları AÇIQLANDI

Onun qarşısındakı isə çaşıb qalmışdı. Erməni xüsusi təyinatlısı şokda idi. Əllərini yuxarı qaldırıb bağırırdı. Əlimi atıb yaxasından yapışdım, çəkib altıma saldım. Canlı-cüssəli idi, təkbətək onunla çətin bacarardım. Döyüş yoldaşlarım da digərilərini məhv etmişdi. Altımda çabalayan düşmənin əl-qolunu təkbaşına bağlamağa cəhd edirdim ki, girov aparaq. Lakin gücüm çatmadı. Özü də başa düşdü ki, girov aparılacaq, çox ciddi şəkildə müqavimət göstərməyə başladı. Həmin vaxt artıq ilk qarşımızdan keçən 3 erməni hərbçisi də geri dönüb atəş açmağa başlamışdılar.

Altımdakı erməni iki qolu ilə belimdən tutub var gücü ilə sıxırdı ki, yerə yıxsın. Başa düşdüm ki, kömək olmayacaq, döyüş yoldaşlarım postdan çıxan digər erməni hərbçiləri ilə atışırdı. Ona görə də canını qurtarmağa çalışan düşmənin alnına süngü bıçağı ilə zərbə vurdum. Lakin əlləri boşalmadı. Sonrakı zərbələri boğazına, şah damarına vurub cəhənnəmə yola saldım. 

Mahir Məmmədova həmin döyüşdə göstərdiyi şücaətə görə Ali Baş Komandan şəxsən təşəkkür edib, ona üstü yazılmış qol saatı bağışlayıb. Həmsöhbətim deyir ki, XTQ aktiv döyüş əməliyyatlarına başlayandan sonra ermənilərin yerə-göyə sığışdırmadığı 022-dəkilər, ümumiyyətlə ermənilər başa düşüblər ki, onların dövranı bitib. Anlayıblar ki, artıq XTQ-nin qarşısında tab gətirə bilməyəcəklər: “Bu əməliyyatdan 1 gün sonra Ağdam-Tərtər istiqamətində yenidən düşmənin möhkəmləndiyi əraziyə keçid etdik. Düşmən bizi gözləyirdi. Bilirdilər ki, 8 şəhidə görə cavab verməli olacaqlar. Postları qoyub arxada çadırlarda gizlənmişdilər. Onları bu da xilas eləmədi.  Döyüşümüz oldu. 1 gecənin içində düşmənin 022 saylı hərbi hissəsinin xüsusi təyinatlılarından 70 nəfər canlı qüvvəsini məhv etdik. Orada 3 şəhidimiz oldu - Pərvin, Elçin və Rahili itirdik. Həmin gündən ermənilər ”Yaşma"nın nə olduğunu başa düşdülər. Özlərini inandırdıqları erməni qəhrəmanlığı, erməni igidliyi mifini başlarına uçurduq. Gördülər ki, illərlə özlərini aldadıblar".

Şuşanın azad edilməsi üçün hazırlanan planın detalları — İlk dəfə  yayımlandı+Video

Mahir Məmmədov ermənilərin “Yaşma” qorxusu haqda olduqca maraqlı bir detalı da açıqladı: “Elə həmin günlərdə bizim daha bir əməliyyatımız oldu. Lakin hücum etdiyimiz postlarda, postlardan kilometrlərlə aralıda erməni hərbçiləri qalmamışdı. Məlum oldu ki, düşmən haradansa hücum edəcəyimizi xəbər tutub və efirdə ”Yaşma" gəlir, postlarda canlı qüvvə qalmasın əmri" verilib. Bundan sonra postları qoyub qaçıblar. Bundan sonra xüsusi əməliyyatlarımız mütəmadi şəkil aldı. Ermənilər üçün əsl cəhənnəm başladı. 2015-ci ilin martında xüsusi əməliyyatda yaralandım. 2016-cı ildəki aprel döyüşlərində yaralandım. Sonuncu dəfə Vətən müharibəsində, Cəbrayıl uğurunda gedən döyüşlərdə yaralandım. Oktyabrın 2-də düşmənin atdığı artilleriya mərmisinın bir parçası qarın nahiyəmə dəymişdi. Döyüş meydanından çıxarıb xəstəxanaya çatdırmışdılar".

Mahir Məmmədov xəstəxanaya aparılandan sonra  həkimlər onu ölmüş biliblər və morqa aparılıb. Morqda təsadüfən yarasının qanaması onu xilas edib: “Morqda şəhidlərin arasında bədənimdən qan açılmasını görüblər. Başa düşüblər ki, sağam. XTQ hərbçiləri özlərinə həmişə Vətən uğurunda şəhidlik arzulayırlar. Məni arzumdan həmin təsadüf ayırıb. Morqdan hospitala gətiriblər, əməliyyat edib həyata qaytarıblar. Bu gün əfsanəyə dönən döyüş yoldaşlarım şəhidlik zirvəsini fəth ediblər. Onların ruhu qarşısında baş əyirəm. XTQ daim Vətənin keşişiyində, düşmənin qarşısındadır”.

Diaspora