Azərbaycan Quru Qoşunlarının döyüş qabiliyyəti artırılıb - FOTO

Azərbaycan Quru Qoşunlarının döyüş qabiliyyəti artırılıb -  FOTO backend

Quru Qoşunlarının N hərbi hissəsində 2022-ci tədris ilinin birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İclasda rüb ərzində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib, həyata keçirilən islahatlar, döyüş hazırlığının, maddi-texniki təminatının, hərbi intizamın və qoşun xidmətinin vəziyyəti təhlil olunub.

Qeyd olunub ki, hesabat dövrü ərzində Azərbaycan Ordusunda müxtəlif növ hərbi təlimlər, döyüş hazırlığı məşğələləri keçirilib, qoşunların döyüş qabiliyyəti artırılıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə quruculuq işləri aparılıb, yeni hərbi obyektlər istifadəyə verilib, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

İclasda tərbiyəvi işin planlı şəkildə aparılması, ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında orduda aparılan davamlı islahatların həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələrin icrası, eləcə də müdafiə nazirinin döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə əlaqədar göstərişləri komandir-rəis heyətinin diqqətinə çatdırılıb.

Diaspora