“Tərtər işi” ilə bağlı axtarışda olan gizir - YENİLƏNİB - FOTO

“Tərtər işi” ilə bağlı axtarışda olan gizir -  YENİLƏNİB - FOTO backend

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq “Tərtər işi” ilə bağlı bir nəfər barəsində axtarış elan edilməsi haqda məlumat yayıb.

“Qafqazinfo”nun məlumatına görə, qanunsuz həbs edilən hərbçilərə işgəncə verməkdə təqsirləndirilən Əzizov Polad Seyfəddin oğlunun daha əvvəl saxlanıldığı, sonradan buraxıldığı məlum olub. 

Belə ki, 1982-ci il təvəllüdlü gizir Polad Əzizov 2015-ci ilin oktyabrında Xüsusi Təyinatlı Qüvvələrdən və Ordu sıralarından tərxis olunub. Lakin o, 2016-cı ilin aprelində yenidən ordu sıralarına bərpa edilib və həmin ilin dekabrında Tərtər əlahiddə kəşfiyyat taborunda xüsusi təyinatlı bölükdə xidmətə başlayıb.

2017-ci ilin mayında isə Polad Əzizov Tərtərdə aşkara çıxarılan casus şəbəkəsinin üzvlərinə işgəncə verməkdə şübhəli bilinərək həbs edilib. 

Sonradan sərbəst buraxılan P.Əzizov istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib.

15:20

“Tərtər işi” ilə bağlı bir nəfər barəsində axtarış elan edilib. 

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb. 

Məlumatda bildirilib ki, qanunsuz həbs edilən hərbçilərə işgəncə verməkdə təqsirləndirilən Əzizov Polad Seyfəddin oğlu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.

Oxu.Az gizir Əzizov Polad Seyfəddin oğlunun fotosunu təqdim edir:

Diaspora