Ukrayna S-400-dən istifadə edə bilməz - Pentaqon

Ukrayna S-400-dən istifadə edə bilməz -  Pentaqon backend

ABŞ Ukrayna üçün uzun mənzilli hava hücumundan müdafiə sistemləri axtarır, lakin S-400 sistemlərinin təchizatından söhbət gedə bilməz, çünki onlar yerli ordu üçün çox mürəkkəbdir.

Axar.az xəbər verir ki, bunu Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.

“S-400-ləri kiminsə Ukraynaya təhvil vermə planlarından xəbərim yoxdur. Bu, daha mürəkkəb sistemdir. Bu, ukraynalıların necə istifadə edəcəyini bildiyi sistem deyil”, - rəsmi bildirib.

Qeyd edək ki, daha öncə ABŞ-ın Türkiyədən S-400-ləri Ukraynaya verməyi istədiyi barədə xəbərlər yayılmışdı.

Diaspora