“Qafqaz Qartalı” təlimində iştirak edəcək xüsusi təyinatlılar peyvənd olunacaq

“Qafqaz Qartalı” təlimində iştirak edəcək xüsusi təyinatlılar peyvənd olunacaq backend

Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumu çərçivəsində hər hansı fəaliyyətin həyata keçirilməsinə qadir olması üçün təlimə dəstək göstərmək və ya təlimdə iştirak etmək üçün ev sahibi ölkənin (ESÖ) ərazisinə öz qüvvələrini göndərən ölkənin (GÖ) şəxsi heyəti sağlamlıq baxımından yararlı olmalıdır.

Apa xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ESÖ tərəfindən sağlamlıq baxımından yararlılığı bildirən tibbi arayış tələb olunacaq. Eyni zamanda GÖ təlimin başlanmasından 10 gün əvvəl təlimdə iştriak edəcək şəxsi heyətin sağlamlıq vəziyyətlərini təlimdə iştriak üçün əlverişşi olduğunu bildirən tibbi arayış göndərəcək. GÖ təlimdə iştirak edən şəxsi heyətinə ÜST-ün müəyyən etdiyi peyvəndlərin ESÖ-yə girişdən əvvəl vurulmasını təmin edəcək. Bu məqsədlə ÜST-ün müəyyən etdiyi vurulan peyvəndlərin qeyd olunduğu standart opeyvənd kitabçaları şəxsi heyətin üzərində olmalıdır. GÖ-nün şəxsi heyəti əvvəlcədən müəyyən edilmiş yerdəyişmə müddəti üçün kifayət edəcək miqdarda dərman və ləvazimatı özləri ilə götürməlidir.

ESÖ təcili tibbi xidmətləri, təcili təxliyə xidmətləri və təcili stomotoloji xidmətləri GÖ-nün şəxsi heyətinə ödənişsiz olaraq təmin edəcək. ESÖ GÖ-nün tibbi təxliyə helikopterləri də daxil olmaqla bütün hava nəqliyyatı vasitələrini təcili halda ESÖ-nün hava məkanını və aidiyyəti təlim sahəsindən keçişi, girişi və çıxışına milli prosedurlara uyğun olaraq ən yüksək prioritet verəcək.

Diaspora