MN: Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb

MN: Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb backend

Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb.

Apa xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur.

Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir"-deyə MN-in məlumatında qeyd edilir.

Diaspora