Azərbaycan Ordusu Fərrux kəndini azad edib? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Ordusu Fərrux kəndini azad edib? - RƏSMİ AÇIQLAMA backend

Sosial şəbəkələrdə erməni mənbələrinə istinadən Azərbaycan Ordusunun  Ağdamla həmsərhəd olan Xocalı rayonunun Fərrux kəndini azad etməsi ilə bağlı xəbərlər yayılıb. Azərbaycan Müdafiə Nazirliyi sosial şəbəkərdə yayılan bu xəbərlə bağlı açıqlama yayıb.

Qaziler.az açıqlamanı təqdim edir:

"Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.
Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.

Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.

Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir".

Diaspora