“Azərbaycan Türkiyədən “Hurkuş” təyyarələri ala bilər” - İsmail Demir 14:32 11.03.2022 Hərbi “Azərbaycan Türkiyədən bütün növ silahlar, o cümlədən “Hurkuş” təlim təyyarələri ala bilər”. Bunu “Report”un yerli bürosuna açıqlamasında Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir deyib. “Bu, hər an reallaşa bilər”, - o vurğulayıb.