Ötən il müdafiə və milli təhlükəsizlik xərcləri üçün proqramlaşdırılan 4 milyard 579 milyon manatdan 4 milyard 541,6 milyon manat icra olunub.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd olunub.
Beləliklə, müdafiə və milli təhlükəsizlik xərcləri üçün ayrılan 99,2 faizi müvafiq istiqamətdə xərclənib.
Bu, 2020-ci illə müqayisədə 786,5 milyon manat, yaxud 20,9 faiz çoxdur.