Füzuli istiqamətində mövqələrimiz atəşə tutulub - RƏSMİ

Füzuli istiqamətində mövqələrimiz atəşə tutulub -  RƏSMİ backend

Azərbaycan Ordusunun Füzuli  rayonunun  Yuxarı Veysəlli kəndi  istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Diaspora