Azərbaycan Silahlı Qüvvələri əməkdaşlarının bir qrupu Türkiyədə 2021-2022-ci il Təhsil və Təlim Dövrünü uğurla başa vuraraq məzun olub.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.
Bildirilib ki, məzun adını 14 hərbçimiz qazanıb.
Həmçinin, qeyd olunub ki, buraxılış mərasimində səfirliyinin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov və digər şəxslər də iştirak edib.