İsrailin Baş naziri Naftali Bennet ölkəsinin Ukraynaya “Dəmir Gümbəz” hava hücumundan müdafiə sisteminin satışına qadağa qoyması barədə yayılan məlumatları təkzib edib.
Apa-nın xəbərinə görə, İsrail Baş nazirinin mətbuat xidmətindən BBC-yə bildirilib ki, onlar məsələ ilə əlaqədar hər hansı bir müraciət barəsində məlumatlı deyillər.
Qeyd edək ki, Ynet xəbər saytı belə bir məlumat yayıb ki, İsrail Suriyada hərbi qüvvələri mövcud olan Rusiya ilə qarşıdurmaya səbəb ola biləcəyi səbəbi ilə bu satışın əleyhinədir. Ukrayna hökuməti ötən il İsrail-Fələstin münaqişəsi zamanı Qəzzadan atılan raketlərin 90%-nin “Dəmir Gümbəz” sistemi tərəfindən neytrallaşdırmasından sonra onun satın alınmasında maraqlı olduğunu ifadə edib. Sistem ABŞ və İsrail tərəfindən inkişaf etdirilib və razılaşmaya əsasən üçüncü tərəfə satış hər iki ölkənin razılığı olmadan mümkün deyil.