Səlcuq Bayraktar Qarabağ Zəfərində "Bayraktar" PUA-ların rolundan danışıb

Səlcuq Bayraktar Qarabağ Zəfərində "Bayraktar" PUA-ların rolundan danışıb backend

“TEKNOFEST” əslində dönüşüm rüzgarı, cəmiyyətin yüksək texnologiyalar yaradan bir ölkəyə çevrilmək üçün səfərbərliyidir”.

APA-Economics” xəbər verir ki bunu “TEKNOFEST Azərbaycan”la bağlı mətbuat konfransında çıxış edərkən “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktar deyib.

O bildirib ki, Türkiyə xaricində bir “TEKNOFEST” həyata keçiriləcəksə, bunu ilk olaraq can qardaşlarımızın torpaqlarında keçirmək istəyirlər: "Bu səbəbdən Türkiyə xaricində ilk “TEKNOFEST”-i Azərbaycanda təşkil edirik. Unutmayaq ki, müstəqilliyimiz üçün milli müdafiə sənayesinə sahib olmağımız əsas şərtdir. Bunun ən yaxşı nümunəsini Türkiyənin terrorla mübarizəsində və Azərbaycanın Zəfərlə nəticələnən Vətən müharibəsində milli "Bayraktar" silahlı pilotsuz uçuş aparatlardan istifadə edilməsində gördük. Qarabağ işğaldan azad oldu. Bu səbəbdən millətimizin heç kimə bağlı olmadan yüksək texnologiyanı yaratması lazımdır”.

Diaspora