İşğaldan azad edilmiş ərazilərdə ötən il istifadəyə verilmiş hərbi hissələrin sayı açıqlanıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə DSX-nin 19 yeni hərbi hissə kompleksi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən sahəsində 104 sərhəd-döyüş məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlanılıb.
Azərbaycan-Ermənistan dövlət sərhədində "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri fəaliyyətə başlamış, "Füzuli" beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili üzrə tədbirlər görülüb, İAMAS-ın stasionar və səyyar iş yerləri yaradılıb.
İşğaldan asaz edilmiş ərazilərdə 73,8 km məsafədə yeni yol çəkilib, 121,4 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib.