“Ortaq fəaliyyətlərimizin istiqamətlərini müəyyənləşdirdik. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin planlı şəkildə həyata keçirdiyi fəaliyyətləri müzakirə etdik".
APA-nın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə mətbuat konfransında deyib.
O, 44 günlük Vətən Müharibəsindən sonra görüləcək çox işlərin olduğunu vurğulayıb.
“Prezidentimizin təlimatı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin uyğunlaşdırılması istiqamətində islahatlar aparırıq. Bu istiqamətdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana böyük dəstəyi var. Bu mövzuda da böyük yol qət etmişik”, - nazir vurğulayıb.