Azərbaycan Ordusunda müxtəlif növ hərbi təlimlər, döyüş hazırlığı məşğələləri keçirilib, qoşunların döyüş qabiliyyəti artırılıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib.
Apa-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında, Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə quruculuq işləri aparılıb, yeni hərbi obyektlər istifadəyə verilib, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Qeyd olunub ki, Baş Qərargah və ümumilikdə Müdafiə Nazirliyinin mərkəzi aparatında, qoşun növləri qərargahlarında təşkilati-struktur dəyişiklikləri edilib. Quru Qoşunları Komandanlığı, yeni birlik, birliklərin tərkibində əməliyyat (komando) birləşmələri və digər bölmələr yaradılıb və onların əməliyyat imkanları genişləndirilib.