"Ukraynaya PUA tədarükünə görə Türkiyəni günahlandırmaq olmaz" - Akar

"Ukraynaya PUA tədarükünə görə Türkiyəni günahlandırmaq olmaz" -  Akar backend

"Ukraynaya pilotsuz uçuş aparatlarının (PUA) tədarükünə görə Türkiyəni günahlandırmaq olmaz, çünki bu, NATO-nun tərəfdaşlıq planına uyğundur".

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

 

O qeyd edib ki, Türkiyə Rusiya, Ukrayna və NATO-nun müttəfiq ölkələri ilə müxtəlif sahələrdə, o cümlədən müdafiə sənayesində fəal əməkdaşlıq edir. 

 

"Belə qarşılıqlı fəaliyyətin nəticələrindən biri Ukraynaya zərbə PUA-larının tədarükü oldu. Dronların alınması qərarı Kiyev tərəfindən qəbul edilib və Ankaranı heç nəyə görə qınamaq olmaz. Yada salaq ki, Ukrayna imkanları artırılmış NATO tərəfdaşı statusuna malikdir. Bu ölkənin müdafiə potensialının artırılması Ukrayna-NATO fərdi tərəfdaşlıq planına uyğundur, - deyə nazir bildirib.

 

Xatırladaq ki, ötən ilin oktyabr ayında Ukrayna Silahlı Qüvvələri Donbasda türkiyə istehsalı "Bayraktar TB2" PUA-larından istifadə edib.

Diaspora