Naxçıvan Qarnizonu Qoşunlarında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib

Naxçıvan Qarnizonu Qoşunlarında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib backend

Naxçıvan Muxtar Respublikasında yerləşən birləşmə və hərbi hissələrdə, Təlim-Tədris Mərkəzlərində təşkil olunan tədbirlərdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib.

Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Çıxışlar zamanı bildirilib ki, 1990-cı il yanvarın 20-də azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu şaddır. Çünki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 30 illik həsrətinə son qoyan qalib Ordumuz torpaqlarımızı erməni işğalından azad edərək bölgədə yeni reallıq yaratdı. 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun qazandığı Zəfər şəhidlərimizin ruhuna ehtiram olmaqla yanaşı, həm də xalqımızın bir daha faciələrlə, soyqırımlarla sınağa çəkilməcəyinə təminat verir. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən hərbi qulluqçuların, müharibə veteranlarının və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin görülməsi gənclərimizin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır.

Hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirlərdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri tərəfindən vətənpərvər mövzuda şeirlər bədii qiraət edilib.

Tədbirlərin sonunda 20 Yanvar faciəsindən bəhs edən videoçarxlar nümayiş etdirilib.

loading...
Diaspora