İsrail yeni "Arrow 3" hava hücumundan müdafiə sistemini sınaqdan keçirib.
Moderator.az xəbər verir ki, yeni raket sisteminin sınaqları İsrailin mərkəzi hissəsinin üzərində aparılıb. Əvvəlcə hədəflər aşkar edilib və radar sistemləri atəşə nəzarət üçün məlumatlar ötürülüb, bundan sonra hədəfə iki raket atılıb və tapşırıqları uğurla yerinə yetirilib.
İsrail ordusunun məlumatına görə, "Arrow 3" və ya "Hetz-3" ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulmuş İsrailin ən qabaqcıl uzaqmənzilli raketdən müdafiə sistemidir. Hava hücumundan müdafiə sistemini İsrail ABŞ ilə birgə hazırlayıb. Tərtibatçılar arasında Amerika Raketdən Müdafiə Agentliyi də var. Yeri gəlmişkən, bu, İsrail və Amerika hərbi sənayesi arasında uğurlu əməkdaşlığın ilk nümunəsi deyil.
İsrail hazırda daha təkmil "Arrow 4" sistemi hazırlayır. Ölkənin müdafiə nazirliyi iddia edir ki, İranın artan fəaliyyəti fonunda raketdən müdafiə sistemlərinin inkişafı zərurətdir. İslam respublikasının daimi təhlükəsi İsraili raket və zenit sistemlərinin inkişafına diqqəti artırmağa məcbur edir.
Bundan əvvəl İsrail "Hetz-3" sistemlərini ixrac etmək niyyətində olduğunu açıqlamışdı. Seul, digərləri ilə yanaşı, bu cür hava hücumundan müdafiə sistemlərinə maraq göstərir.