Hərbçilərimiz Türkiyə ordusu ilə birgə bu təlimlərdə iştirak edəcək - VİDEO

Hərbçilərimiz Türkiyə ordusu ilə birgə bu təlimlərdə iştirak edəcək -  VİDEO backend

Azərbaycan Ordusunun hərbi qulluqçuları beynəlxalq təlimlərdə iştirak edəcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.

Qeyd olunub ki, 2022-ci tədris ilində hərbi qulluqçularımızın 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirakı planlaşdırılır.

“Eternity - 2022”, “EFES - 2022”, “Sarsılmaz Qardaşlıq - 2022”, “Qış təlimi - 2022”, “Beynəlxalq Ordu Oyunları - 2022” və digər beynəlxalq təlim və yarışlar bura cəlb ediləcək hərbçilərimizin qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bilik və bacarıqlarının artırılmasına müsbət təsir edəcək.

Bundan başqa cari il ərzində hərbi qulluqçularımızın müxtəlif beynəlxalq seminar və konfranslarda iştirakı da nəzərdə tutulub.

Qeyd edək ki, "Sarsılmaz Qardaşlıq" təlimləri Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilir.

loading...
Diaspora