Hərbçilərimiz torpaqlarımızın erməni işğalından azad edilməsi ilə bağlı keçirdiyi hərbi əməliyyatlar zamanı güclü duman səbəbindən görmə məsafəsinin olduqca çətinləşdiyi vaxt “Karqu” kamikadze PUA-larından yararlanıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, Qarabağın Ermənistanın işğalından azad etməsinin 1-ci ildönümündən sonra müharibə zamanı baş verən hadisələr və Azərbaycan Ordusunun uğurları gündəmə gəlməkdə davam edir.
Müharibə zamanı Azərbaycan hərbçilərinin istifadə etdiyi “Karqu”nun fotosu yayılıb. İddiaya görə, bu PUA-dan Şuşanın azad edilməsində istifadə olunub.
