Hulusi Akar: Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

Hulusi Akar:  Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir backend

“Ankara Rusiya ilə Ukrayna arasında yaranmış gərgin vəziyyəti diqqətlə izləyir və regionda sabitliyin qorunmasının tərəfdarıdır”.
 

Apa-nın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir regionda sülhün tərəfdarı olduqlarını vurğulayıb: “Bizim regionlarla bağlı ayrıca siyasətimiz yoxdur, biz sülh tərəfdarıyıq, biz gərginliyi (Rusiya ilə Ukrayna arasında - red.) diqqətlə izləyirik. Regionda vəziyyətin sabit qalmasını istəyirik. Biz Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq”.

Diaspora