Komando briqadaları nə ilə fərqlənir? - VİDEO

Komando briqadaları nə ilə fərqlənir? -  VİDEO backend

Artıq xəbər verdiyimiz kimi ötən gün Prezident İlham Əliyev Xocavəndə səfəri zamanı Hadrut qəsəbəsində Komando Briqadasının hərbi hissəsinin açılışını edib.

Tədbirdə çıxış edən Ali Baş Komandan İlham Əliyev komando hərbi hissələrinin sayının artırılacağını və bu tipli yeni hərbi obyektlərin açılacağını qeyd edib.

Baku TV Komando briqadalarının digər hərbi birləşmələrdən nə ilə fərqləndiyini araşdırıb.

Süjetdə qeyd olunur ki, komando briqadaları ən son hərbi avadanlıq və silahla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməlidir.

Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həmçinin şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüş istifadəsinə hazırdılar.

Bu briqadalar muxtar, təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya kommunikasiya məkanında qalıb döyüş əməliyyatlarını aparmağa qadirdilər.

loading...
Diaspora