Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Nəsirov Müşfiq Əjdər oğlu ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində həlak olub.
“Qafqazinfo”nun məlumatına görə, əsgər Nəsirov Müşfiq 2002-ci ildə Quba rayonunun Suxtakələ kəndində anadan olub.
Müəllim ailəsində böyüyən Müşfiq sıravi əsgər olub. O, dörduşaqlı ailənin sonbeşiyi idi. Müşfiqin özündən böyük iki bacısı, bir qardaşı var.
2020-ci ilin oktyabrında hərbi xidmətə yollanan Müşfiq 2022-ci ilin aprel ayında tərxis olunacaqdı.



