Azərbaycan Ordusu üçün yeni tırtıllı və xizəkli texnika vasitələri alınıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yeni texnika ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınması təmin edilir.
Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında səfəri zamanı yeni texnikalara baxış keçirib.




