"Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir".
Bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev dekabrın 14-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığının xidməti-döyüş fəaliyyətə başlaması münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
O, cari il ərzində 19 yeni hərbi hissənin və 104 sərhəd-döyüş məntəqəsinin fəaliyyətə başlamasını qeyd edib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin cari ilin oktyabr ayında işğaldan azad edilən ərazilərdə DSX-nin 3 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın ifadəsi olduğu və sərhədçiləri yeni xidməti uğurlara ruhlandırdığı vurğulanıb.