Türkiyənin TUSAŞ şirkətinin istehsal etdiyi "Anka" adlı zərbə tipli pilotsuz uçuş aparatları Ukraynada istehsal ediləcək.
Modern.az xəbər verir ki, Ukrayna Prezident Aparatının rəsmisi Aleksey Arestoviç "İzvestia" agentliyinə müsahibəsində məlumat verib.
O qeyd edib ki, dronlar Kiyevdə hazırda inşası davam edən zavodda istehsal ediləcək.
Ukrayna rəsmisi qeyd edib ki, PUA-ların mühərrikləri Ukraynadan, avionik sistemləri isə Türkiyədən olacaq.