Müdafiə naziri Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Müdafiə naziri Zakir Həsənov Türkiyəyə başsağlığı verib backend

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İraqın şimalında 3 türk hərbçisinin şəhid olması ilə bağlı Türkiyəyə başsağlığı verib.

Qaziler.az-ın xəbərinə görə, bununla bağlı Müdafiə Nazirliyi “Twitter”də paylaşım edib.

Başsağlığında deyilir: “Pençe-Yıldırım" əməliyyat zonasında xaincəsinə həyata keçirilən terror hücumu nəticəsində şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır! Allah rəhmət eləsin!”.

Diaspora