“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib backend

Dekabrın 6-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı” kursunu bitirmiş hərbi qulluqçuların buraxılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayəti ilə Azərbaycan Dövlət Himni ifa olunub.

Buraxılış mərasimində çıxış edənlər məzunları “leytenant” hərbi rütbəsinə layiq görülmələri münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Gənc zabitlər də, öz növbəsində, kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.

Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib.

Sonda gənc leytenantların tribuna önündən təntənəli keçidi olub.

loading...
Diaspora