Ukraynanın azərbaycanlı şəhidi DƏFN OLUNDU - FOTOLAR

Ukraynanın azərbaycanlı şəhidi  DƏFN OLUNDU - FOTOLAR backend

Dünən Xarkov vilayətində Ukrayna silahlı qüvvələrinin müddətli hərbi qulluqçusu, milliyətcə azərbaycanlı Alxaslı Əli Naib oğluyla vida mərasimi keçirilib.

Şəhidi son mənzilə dostları, yaşadığı ərazinin rəsmi təmsilçiləri, ictimaiyyət nümayəndələri və Xarkov, eləcə də ayrı-ayrı vilayətlərdən gələn azərbaycanlılar yola salıblar.

Qeyd edək ki, Ukrayna Azərbaycanlıları Birləşmiş diaspor təşkilatının sədri Hikmət Cavadovun təşəbbüsü ilə mərhumun anası və qardaşının vətəndən Xarkova gəlişi də təşkil olunub.

Xatırladaq ki, "Döyüşçü" ləqəbli soydaşımız mülki həyatda professional idmançı olmuşdu. Şəhid Əli Alxaslı Donetsk vilayətinin Marinsk rayonunun Novomixaylovka kəndində snayper gülləsinə tuş gəlib. (modern.az)

 

Diaspora