Dünyanın ən güclü orduları: Azərbaycan və Ermənistan neçəncidir?

Dünyanın ən güclü orduları:  Azərbaycan və Ermənistan neçəncidir? backend

Dünyanın ən güclü ordularının yeni siyahısı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, siyahını ABŞ-ın "Global Firepower” hərbi statistika saytı hazırlayıb.

Azərbaycan Ordusu dünyada 63-cü olub. Vətən müharibəsində zəfər qazanan ordumuz bir pillə irəliləyib.

Gürcüstan ordusu 92-ci, Ermənistan ordusu isə 100-cü pilləni tutub. Qardaş Türkiyənin ordusu dünyada 11-cidir. İran ordusu isə 14-cü yerdə qərarlaşıb.

Siyahının ilk pilləsini ABŞ tutur. Amerika ordusununu 2,245 milyon əsgəri, 13 mindən çox təyyarəsi, 6,1 min tankı, 40 min zirehli texnikası var.

İkinci yerdə qərarlaşan Rusiya ordusu 3,5 milyon əsgərə, 4,144 təyyarəyə, 13 min tanka, 27,1 min zirehli texnikaya sahibdir.

İlk "üçlüy"ü Çin qapayır. Asiya ölkəsinin 3,335 milyon əsgəri, 3,26 min təyyarəsi, 3,2 min tankı, 35 min zirehli texnikası mövcuddur.

İlk "onluq"da həminin Hindistan, Yaponiya, Cənubi Koreya, Fransa, İngiltərə, Brazilya və Pakistan qərarlaşıb.

Diaspora