NATO tarixin ən uğurlu ittifaqıdır - Akar

NATO tarixin ən uğurlu ittifaqıdır - Akar backend

Türkiyə NATO üzvlüyünün yükünü, eləcə də alyansın bütün dəyərlərini bölüşür.

Qaziler.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

“NATO İkinci Dünya müharibəsindən bəri Avropanın təhlükəsizliyinin əsasını təşkil edən təşkilatdır. Hesab edirik ki, NATO tarixin ən uğurlu ittifaqıdır və həmişə olduğu kimi fəaldır".

O qeyd edib ki, Türkiyə NATO-nun ən qədim üzvlərindən biridir (alyansa 1952-ci ildə qoşulub).

Akar Türkiyənin Yaxın Şərqdə bir çox terror təhlükəsi ilə üzləşməsinə baxmayaraq, alyansın təlimlərinə, güc strukturuna və şəxsi heyətinə davamlı olaraq töhfə verdiyini vurğulayıb.

Türkiyənin müdafiə naziri onu da əlavə edib ki, ölkə NATO və Avropa sərhədlərinin terror, qaçaqmalçılıq və insan alverindən qorunması üçün əlindən gələni edir.

Diaspora