Vətən Müharibəsi Qəhrəmanları ilə görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanları ilə görüş keçirilib backend

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında və Xüsusi Məktəbində Vətən Müharibəsi Qəhrəmanları ilə görüş təşkil edilib.

DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzülüb.

Dövlət Himninin səsləndirilməsindən sonra ölkəmizin bötüvlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Vüsal Sultanov çıxış edərək özünün və döyüş yoldaşlarının Prezident İlham Əliyevin ­Müzəf­fər Ali Baş Komandanlığı altında torpaqlarımızın azad olunması uğrunda müqəddəs savaşın iştirakçıları olmaqdan qürur duyduqlarını bildirib.

Vətən müharibəsi zamanı DSX-nin qarşı­sın­da Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulan döyüş tapşırıq­larının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əmə­liyyatlarda Azərbaycan sərhədçilərinin qəhrə­manlıq və şücaət nü­mu­nə­ləri göstər­mələri qeyd edilib, sərhədçilərin keçdikləri döyüş yolu, azad etdikləri ərazilər barədə məlumat veril­ib.

Tədbirdə çıxış edənlər müharibənin ilk günlərindən sərhədçilərin Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etdiklərini, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etdiklərini bildiriblər.

Sərhədçilərin xalqımızın tarixi, milli-mənəvi sərvətinin rəmzi olan Xudafərin körpüsündə, Zəngilan şəhə­rində və Zəngilanın Ağbənd qəsəbə­sin­də dövlət bayrağını sancdıqları, Ermənistanla sərhəddə “Bartaz” və “Şükü­rataz” strateji yüksək­liklərini azad etdikləri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin düşmən tapdağından təmizlənməsində qəhrəmanlıq və şücaət göstərdikləri vurğulanıb.

Vətənimizin bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş hərbi qulluqçuların göstərdikləri igidlik və fədakarlıqlarından danışılıb, onların əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi və əziz tutulacağı vurğulanıb.

Çıxış edənlər qalib xalqımızın şərəfli tarixinin şahidləri olan kursantların gələcəkdə onlara əmanət ediləcək sərhədçilərin qəhrəmanlıq, Vətənə sədaqət ənənənələrini layiqlə davam edəcəklərinə əminlik bildiriblər.

Xüsusi Məktəbdə keçirilən tədbirdə kursantlar tərəfindən Vətən mühari­bəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda Vətən Müharibəsi Qəhrəmanları DSX-nin Akademiyası və Xüsusi Məktəbinin kursant heyəti ilə xatirə fotoşəkli çəkdiriblər.

Diaspora