Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradovu Bakıdan İrəvana aparan təyyarə yerə enib.
APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Sayt yazır ki, Muradov özü ilə bir erməni hərbçisinin cəsədini aparıb.
***
20.52
Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı general-leytenant Rüstəm Muradov Bakıdan İrəvana yola düşüb.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, R.Muradov tərəflər arasında silahlı insidentlərin qarşısının alınması mexanizmini hazırlamaq üçün danışıqlar aparmalıdır.
"Caliber"in yaydığı məlumatda isə bildirilib ki, təyyarədə toqquşmalar nəticəsində öldürülən erməni əsgərlərin meyitləri olsa da, hazırda heç bir əsir geri qaytarılmır.