Azərbaycan Ordusunun daha bir bölüyü təlim üçün Türkiyəyə göndərilib - VİDEO

Azərbaycan Ordusunun daha bir bölüyü təlim üçün Türkiyəyə göndərilib -  VİDEO backend

Azərbaycan Ordusunun daha bir bölüyü kurs və təlim keçmək üçün Türkiyəyə göndərilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinin istehkam qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə keçirdiyi təlimə qatılıblar.

Təlim Türkiyə ordusunun ikinci mühəndislik korpusu və on səkkizinci mexanikləşdirilmiş piyada briqadası tərəfindən keçirilib.

Təlimlər Çanaqqala əyalətinin Kavakköy və Gelibolu rayonlarında icra edilib.

loading...
Diaspora