Tabor komandirləri arasında yarış keçirilib - FOTO

Tabor komandirləri arasında yarış keçirilib -  FOTO backend

2021-ci ilin hazırlıq planına əsasən Quru Qoşunlarında ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yarışda motoatıcı və dağatıcı tabor komandirlərinin rəhbəredici sənədlər üzrə nəzəri bilikləri və taktiki tapşırıqları həll etmə bacarıqları yoxlanılıb. Sonra praktiki atış, sıra və fiziki hazırlıq üzrə normativlər qəbul edilib.

Komissiya tərəfindən aparılan qiymətləndirilmədə ən yüksək nəticələr əldə edən zabitlər “Ən yaxşı motoatıcı (dağatacı) tabor komandiri” adına layiq görülüblər.

loading...
Diaspora