"Xankəndinin və Xocalının azad edilməsi 2-3 gün, digər ərazilərin təmizlənməsi isə maksimum 1 həftə çəkə bilərdi"

"Xankəndinin və Xocalının azad edilməsi 2-3 gün, digər ərazilərin təmizlənməsi isə maksimum 1 həftə çəkə bilərdi" backend

"Xankəndinin və Xocalının azad edilməsi 2-3 gün, digər ərazilərin təmizlənməsi isə maksimum 1 həftə çəkə bilərdi"

 

Şuşa şəhərinin azad edilməsindən bir gün sonra Ermənistan 44 günlük Müharibədə məğlub olduğunu qəbul edərək 10 noyabr tarixli Birgə Bəyanatı imzalamağa məcbur oldu. Bəyanatı ilk olaraq Azərbaycan Prezidenti i.Əliyev imzaladı, sonra isə sənədə Rusiya Prezidenti V.Putin imza atdı. Proses canlı videokonfransda nümayiş etdirildi. Ermənistan Baş naziri N.Paşinyan canlı efirdə görünməkdən “abır-həya” etdiyinə görə, bu günə qədər məğlub tərəfin sənədi harda imzalaması, Nikolun özündən və mühafizəsindən başqa kimsəyə məlum deyil. Ermənistan bu sənədi imzalamağa “Dəmir Yumruq” ilə məcbur edildi, çünki döyüşlərdə Azərbaycan Əsgəri tərəfindən məğlub edilmişdi, əzilmişdi, alçaldılmışdı və başqa çıxış yolu da yox idi. Ermənistan yaxşı anlayırdı ki, Şuşanın azad edilməsindən sonra Laçının, Xankəndinin və Xocalının azad edilməsi 2-3 gün, digər ərazilərin təmizlənməsi isə maksimum 1 həftə çəkə bilərdi. 

 

Birgə bəyanatın imzalanması Vətən Müharibəsində Azərbaycanın xalqının şanlı qələbəsini rəsmiləşdirdi. Şuşanın azad edilməsi, Ermənistanın ordusunun darmadağın edilməsi ilə nəticələndi. Qarabağda qalan məhdud sayda erməni silahlıları üçün real mühasirə təhlükəsi də mövcud idi. Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyətdən can qurtarmaq üçün noyabrın 7-də saat 9.00-da Şuşaya nüvə başlığı daşıya bilən “İskəndər-M” taktiki raketi ilə zərbə də endirdi. Rusiya istehsalı olan bu raketin idxalı və ixracı qadağandır, onun hansı yollarla Ermənistana verilməsi bu günə qədər Azərbaycan ictimaiyyətinə məlum deyil. Bütün dünyaya çəkindirmə silahı kimi təqdim edilən “İskəndər-M” raketi belə Azərbaycan Əsgərini dayandıra bilmədi. Şuşa azad edildi və bu Ermənistan hakimiyyətinin diz çökməsinə gətirib çıxardı.

 

Birgə Bəyanat Ermənistan üçün birmənalı olaraq kapitulyasiya aktıdır. Bəzi erməni mənbələri bunu atəşkəs razılaşması kimi qələmə verməyə çalışır, lakin bu yanlış yanaşmadır. Çünki, Ermənistan 26 il davam edən atəşkəs dövründə, BMT qətnamələrinin mövcud olduğu halda bir qarşı ərazimizi bizə qaytarmamışdı. Bu Bəyanatın imzalanmasından cəmi 20 gün sonra isə erməni ordusu ikisi Ermənistanla sərhəddə, biri isə Qarabağın girişində yerləşən 3 rayonumuzdan, həmçinin İranla sərhəddəki 100-ə yaxın kəndimizdən döyülmüş it kimi, quyruğunu qısaraq çıxmağa məcbur oldu. 26 ilə bir qarşı torpaq qaytarmayan Ermənistan, bu Bəyanatın imzalanması ilə cəmi 20 gün ərzində təxminən 4000 kv.km işğal etdiyi Azərbaycan ərazilərindən çəkilibsə, deməli başqa əlacı olmayıb. Erməni ordusu Azərbaycan torpaqlarından çıxanda döyüş meydanında tankı topu qoyub, əlində unitazla çıxması da atəşkəs məsələsi gündəmdən çıxarır. Odur ki, birgə Bəyanat birmənalı olaraq Ermənistanın Azərbaycan qarşısında təslim olması və diz çökməsi ehtiva edən bir sənəddir. 

 

Şuşanın azad edilməsindən sonra Kremlı Birgə Bəyanatın mətnində son reallıqların əks etdirilməsi, son versiyanın hazırlanması və razılaşdırılması üçün xüsusi canfəşanlıq göstərdi. Bu da səbəbsiz deyildi, çünki Ermənistan ordusu artıq yox səviyyəsində idi, Azərbaycan Ordusunun hücum templəri isə kifayət qədər yüksək idi. Şuşanın azad edilməsindən sonrakı gün, yəni noyabrın 9-da - Dövlət Bayrağı Günündə Silahlı Qüvvələrimiz 72 yaşayış məntəqəsini işğalçılardan azad edib. 1 günə 72 kənd, yəni kəndlərin 24 faizi cəmi 24 saatda azad edilib. Bu isə Ermənistan ordusunun darmadağın vəziyyətdə olduğunu nümayiş etdirirdi. Ermənistanı da birgə Bəyanatı imzalamağa vadar edən məhz bu faktor idi. İmzalanan bəyanat uzun illər davam edən erməni işğalına son qoydu. 10 noyabr 2020-ci ilə qədər hələ də işğal altında Ağdam, Laçın, Kəlbəcər rayonlarını, həmçinin Zəngilan və Qubadlının 100-ə yaxın kəndini cəmi 20 günə, həm də qan tökülmədən qaytardıq. 

 

Silahlı Qüvvələrimizin Ali Baş Komandan İ.Əliyevin mükəmməl idarəetməsi və Əsgərlərimizin qəhrəmanlığı sayəsində Azərbaycan tarixində ilk dəfə Ermənistan üzərində Qələbə qazandı. Bu Qələbə ilk növbədə Qarabağın statusu ilə bağlı 200 il əvvəl Rus imperiyası tərəfindən boynumuza keçirilən “kəndiri” qırıb atmağa imkan verdi. Azərbaycan öz ərazi bütövlüyünü və İranla sərhədlərini tam bərpa etdi. Ermənistanla sərhədlərini təyin edilməsi ləng də olsa, davam edir. Artıq 1 ildir ki, “Böyük Ermənistan” ideyası barədə heç nə eşitmirik. “Məğlubedilməz erməni ordusu” isə on minlik fərari ordusuna çevrilib. 30 il dünyaya “Qəhrəman erməni sərkərdələri” kimi təqdim edilənlər ya həbsxanadadır, ya da buranı ziyarət etmək üçün məhkəmələrdə ifadə verirlər. 1 il əvvəl erməni xalqının fəxr etdiyi siyasi liderlərin əksəriyyəti isə “Erablur”-a cangüdənlərlə belə gedə bilmir. 

 

Qarabağda əldə etdiyimiz qələbə, beynəlxalq aləmdə seperaizmin fundamental əsaslarını sarsıtdı. Azərbaycan bənzər problemlərlə qarşılaşan Ukrayna, Gürcüstan və Moldova kimi qonşu ölkələrə də nümunə göstərdik.

 

Azərbaycan tarixində ilk dəfə Müharibədə Ermənistana qalib gələrək işğal altında olan 10000 kv.km ərazisini düşməndən təmizlədi, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Son bir ildə Silahlı Qüvvələrimiz Qarabağ və Şərqi Zəngəzur ərazisində hər gün nəsə əldə etdi. Hardasa hardasa yeni mövqelər əldə edib Bayrağımızı yüksəltdik, hardasa mövqelərimizi yaxşılaşdırdıq, hardasa yeni birlik və hərbi hissələr yerləşdirdik.

 

Bəyanatdan sonra keçən bir il ərzində işğalçı ölkə heç də üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyib. Burada sülhməramlı kontingentinfəaliyyətlərində müəyyən mənfi xüsusiyyətlər diqqəti cəlb edir. Ermənistan Respublikası hələ də Qazax və Naxçıvanda zəbt etdiyi əraziləri Azərbaycana qaytarmayıb. Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin parallel geri çəkilməsi təmin etməyib. Laçın dəhlizi birgə Bəyanatdan 4 gün sonra tərəflərin, o cümlədən ermənilərin istifadəsinə açılsa da, Zəngəzur dəhlizi hələ də tam açılmayıb. Rusiya erməni qaçqınların Qarabağa qaytarılmasını təmin etsə də, bu hələlik Azərbaycanlı qaçqınlara aid deyil. Hələ də erməni rəsmiləri, məsələn Ermənistanın müdafiə naziri Arşak Karapetyan Azərbaycanın razılığı olmadan sülhməramlıların blok postundan keçərək Qarabağa gəlir, burdakı erməni silahlılarını və onların mövqelərini ziyarət edir, hərbçilərə orden medal paylayır, Qara gölümüzün suyundan içir və bəyanatlar səsləndirir. Təbii ki, bu regionda formalaşan güc balansını dəyişməz və Ermənistanı alçaldılmaqdan xilas edə bilməz. Görünür Arşak Azərbaycanla çiling ağac oynamaq fikrinə düşüb. Azərbaycan xalqının səbri ilə oynayanların aqibəti bəllidir. Amma bu dəfə Müdafiə Nazirliyi 2 gün sonra bəyanat verməklə gecikdi. Arşakın Şuşadan keçəndə saxlayıb Bakıya gətirməli idik. Çünki, bu səfərlə Arşak Azərbaycanın ard -arda qeyd etdiyi Bayramlara kölgə salmağa çalışdı. O, bunula qalib Azərbaycan xalqını təhqir etməyə cəhd göstərib. İnanırıq ki, aidiyyəti güc strukturları bu fəaliyyətlərin əvvəlvədən qarşısını almağa və ya bu mümkün olmadıqda onlara adımıza layiq bir dərs verməyə nail olacaqlar. Çünki, Ermənistan bu Müharibədə Azərbaycana məğlub olub. Məğlub tərəf isə qalib tərəfin bütün şərtlərinə qeyri-şərtsiz əməl etməklə bərabər aşağılanmağa, söyülməyə, alçaldılmağa hazır olmalıdır. Bunu əksinə hərəkət edən, imzalanan birgə Bəyanatın şərtlərini pozan düşmən isə ya Bakıya gətirilməli idi, ya Azərbaycan ərazisində daxil olduğu anda fiziki cəhətdən məhv edilməli idi. 

 

Birgə Bəyanat Azərbaycanın son əsrlər ərzində ilk dəfə möhtəşəm bir Qələbəyə imza atdığını nümayiş etdirir. Biz bu Bəyanatla yalnız işğalçı Ermənistana deyil, həm də onun havadarlarına qalib gəldik. Ali Baş Komandanın mükəmməl rəhbərliyi, Silahlı Qüvvələrimizin rəşadəti, qardaş Tükiyənin və Pakistanın mənəvi dəstəyi ilə düşmənə qalib gəldik, çünki biz bu Müharibədə birlikdə idik, haqlı idik, müharibəmiz də ədalətli idi.

 

İstənilən halda 10 noyabr Bəyanatı Azərbaycanın düşmən üzərində qələbəsini və Ermənistanın məğlubiyyətini özündə əks etdirən bir sənəddir. Bu sənəd isə bir az ləngimə ilə olsa da, icra edilir və gələcəkdə də icrası davam edəcək. Ermənistan istəsə bu bir qədər onlar üçün yumşaq şəkildə həyata keçiriləcək, yox əgər yenə prosesi uzatmağa üstünlük verəcəklərsə, o zaman təkrar “Dəmir Yumruq” danışacaq. Bu isə onlara yaxşı heç nə vəd etmir. 

 

Ədalət Verdiyev, hərbi ekspert

moderator.az

Diaspora