Türkiyə MN: “Azərbaycanla “Qardaş Briqada” layihəsi davam edir”

Türkiyə MN:  “Azərbaycanla “Qardaş Briqada” layihəsi davam edir” backend

Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında birgə iş, təlimlərin planlaşdırılması və keçirilməsi, idarəetmə və icra prinsiplərinin uyğunlaşdırılması məqsədilə həyata keçirilən “Qardaş Briqada” layihəsi davam edir.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmisi Pınar Kara bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Bu günədək 123 kvadrat kilometr ərazi qoşunlarımız və Azərbaycan hərbçiləri tərəfindən təmizlənib. Bundan əlavə, minaların təmizlənməsi çərçivəsində 899 azərbaycanlı personala təlim keçirilib.

Silahlı Qüvvələrimizin ixtisaslı şəxsi heyəti və texnikası ilə hər cür tapşırıqları yerinə yetirmək üçün imkan və texnikaya malik olduğunu sübut edən birgə təlimlərimiz də davam edir”, - deyə o qeyd edib.

Karanın sözlərinə görə, bununla əlaqədar 2021-ci il 5-8 oktyabr tarixlərində Naxçıvanda Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə “Sarsılmaz Qardaşlıq-2021” təlimi keçirilib.

“İki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızı 8 Noyabrda qeyd olunacaq Zəfər Günü münasibəti ilə təbrik edir, bundan sonra da indiyə qədər etdiyimiz kimi, bütün imkanlarımızla haqlı mübarizələrində onların yanında olacağımızı bir daha vurğulayırıq”, - deyə Pınar Kaya bildirib.

Diaspora