Türkiyədə kursda iştirak edən Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi keçirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Amfibiya Missiyası Qrupu Komandanlığında keçirilən kurslar sentyabrın 20-dən oktyabrın 15-dək davam edib. Kursu bitirənlərə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən sertifikat verilib. (report.az)