Laçında komanda-qərargah təlimi başlayıb

Laçında komanda-qərargah təlimi başlayıb backend

Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq, oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur.

Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır.

Diaspora