Bu ordunun qarşısında heç kim dayana bilməzdi – Xaindrava

Bu ordunun qarşısında heç kim dayana bilməzdi –  Xaindrava backend

Ermənistana silah tədarükü başqa, Emənistan tərəfində vuruşmaq başqa. Rusiya 44 günlük müharibə zamanı Azərbaycana qarşı açıq şəkildə döyüşməyib.

Axar.az xəbər verir ki, bu fikirləri Gürcüstanın münaqişələrin nizamlanması üzrə keçmiş naziri (2004-2006), politiloq Georgi Xaindrava deyib.

“Hətta Rusiya Ermənistan tərəfindən açıq şəkildə müharibəyə qoşulsaydı belə, düşünürəm ki, Azərbaycan yenə də öz ərazi bütövlüyünü bərpa edəcəkdi. Düzdür, bu, Azərbaycan üçün daha mürəkkəb olacaqdı çətin, amma bu ordunun qarşısında heç kim dayana bilməzdi. Biz hamımız müharibə dövründə hadisələri çox diqqətlə izlədik və Azərbaycan Ordusunun hərəkətləri, o döyüşlərdə göstərdiyi peşəkarlıq və döyüş qabiliyyəti səviyyəsinə heyran idik", - Xaindrava qeyd edib.

Diaspora