Azərbaycan və Türkiyə qırıcıları İstanbul üzərində uçuşlar keçiriblər

Azərbaycan və Türkiyə qırıcıları İstanbul üzərində uçuşlar keçiriblər backend

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri “Teknofest” texnologiya festivalında İstanbul boğazı üzərində salamlama uçuşu həyata keçirib.

APA-nın məlumatına görə, uçuşda 15 təyyarə iştirak edib.

Türkiyə Hərbi Hava Qüvvələri donanmasında F-16, F-4 və Azərbaycan Hərbi Hava Qüvvələrinə aid MİQ-29 təyyarələri uçuşda iştirak edib.

Atatürk Hava Limanından havaya qalxan təyyarələr Yenikapı-Eminönü xətti üzrə İstanbul boğazını keçib və yenidən Atatürk Hava Limanına eniş edib.

***

12.04

Bu gün Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin qırıcıları İstanbul səmasında uçuş edəcək.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin “Twitter” səhifəsində bildirilib.

“Bu gün saat 11:00-11:30 arası (Bakı vaxtı ilə 12:00-12:30 arası) Türkiyə Hava Qüvvələrinin təyyarələri ilə Azərbaycan Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcıları İstanbul boğazı üzərində salamlama uçuşu keçirəcək”, - deyə qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr “Teknofest” texnologiya festivalında iştirak etmək üçün İstanbuldadır.

Diaspora