“Kalaşnikov” şirkətlər qrupu yeni taktiki mülki silahlarını ağıllı saatlarla inteqrasiya edəcək.
Artıq bu istiqamətdə müvafiq işlər aparılır.
İlk belə silah nümunələri 17-19 sentyabrda Rusiyada keçirilən “Arms&Hunting 2021” festivalında nümayiş olunub.
Şirkətdən verilən məlumata görə, hazırda pompalı silahlar və travmatik tapancalarla yanaşı, digər silahların da adıçəkilən qol cihazı ilə idarə edilməsi üzrə təkliflər hazırlanır. (oxu.az)
Mənbə: TASS