“Üç qardaş - 2021” təlimi: Xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilib

“Üç qardaş - 2021” təlimi:  Xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilib backend

Azərbaycan, Türkiyə və Pakistan Respublikaları arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub.

Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Təlimin planına uyğun olaraq xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Sentyabrın 20-dək davam edəcək təlimlərin bu mərhələsində də qardaş ölkələrin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Diaspora