"TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərindən görüntülər - VİDEO

"TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərindən görüntülər -  VİDEO backend

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərində aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimdə Vətən müharibəsində qazanılan təcrübə qardaş ölkənin hərbi pilotları ilə birgə təhlil olunaraq müxtəlif ssenarilər üzrə məşq etdirilir.

Ssenarilərə əsasən hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunur.