ABŞ-ın “RAND Corporation” hərbi-analitik mərkəzi daha bir Avropa ölkəsinin Rusiya tərəfindən sürətlə darmadağın edilə biləcəyini proqnozlaşdırıb və modelləşdirib.
Virtualaz.org xəbər verir ki, Mərkəzin təhlilinə “Forbes” dərgisi yer verir. Araşdırma müəllifləri bildirirlər ki, Fransanın ən müasir silahlarla silahlanmış güclü ordusu var. Onun tərkibində yaxşı təlim keçmiş xüsusi təyinatlılar, ən yeni döyüş təyyarələri və nüvə silahı var.
Ancaq Fransa silahlı qüvvələri etibarlı deyil, çünki kifayət qədər insan ehtiyatları yoxdur və uzunmüddətli döyüş əməliyyatları aparmaq üçün sursat ehtiyatına malik deyil. Rusiya isə güclü və cəsarətli rəqibdir. Ona görə də ABŞ-ın dəstəyi olmadan Fransanı Rusiya ilə mümkün münaqişədə iflas gözləyir.
Bundan əvvəl “RAND Corporation” Rusiyanın Baltik respublikalarını 36 saata işğal edə biləcəyini proqnozlaşdırmışdı. Habelə Mərkəz Rusiyanın Polşanı NATO-nun əsas qüvvələrinin köməyə yetişməsinə qədər zəbt etmək imkanında olduğunu bildirir.
Pentaqonun keçmiş əməkdaşı və Leksinqton İnstitutunun vitse-prezidenti Daniel Qure bildirir ki, Rusiya silahlı qüvvələrinin sürətli modernizasiyası Moskva tərəfindən hərbi təhdidlərin artmasından xəbər verir. Bu da NATO-nu müdafiə potensialını ciddi şəkildə artırmağa və Şərqi Avropada hərbi qüvvələrini gücləndirməyə sövq etməlidir.