Rusiya beyin mərkəzi: Erməni hərbçilər özlərinə məxsus dörd təyyarə və bir helikopteri vurublar

Rusiya beyin mərkəzi:  Erməni hərbçilər özlərinə məxsus dörd təyyarə və bir helikopteri vurublar backend

Rusiyanın aparıcı beyin mərkəzlərindən biri olan Strategiya və Texnologiyaların Təhlili Mərkəzi qurumun rəhbəri Ruslan Puxovun redaktəsi ilə “Qafqazda fırtına” adlı analitik toplu nəşr edib.

Nəşrdə müəlliflərin gəldikləri bir sıra qənaətlər və təqdim olunan məlumatlar erməni ictimaiyyətində soyuq duş effekti yaradıb.

Belə ki, hesabatın müəllifləri 44 günlük müharibə zamanı Ermənistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus dörd ədəd Su-25 qırıcı təyyarəsi və bir ədəd Mi-8 helikopterinin öz Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən vurulduğunu iddia ediblər.

Nəşrdə qeyd olunur ki, döyüşlərin gedişində Ermənistan HHQ ilə HHM arasında  koordinasiya çox zəif olub. Vurulan təyyarələrdən ikisi Ermənistanın Vardenis bölgəsi üzərində S-125 zenit raket kompleksi, biri isə Qarabağ səmasında daşınan zenit raket kompleksi ilə vurulub. (oxu.az)

Mənbə: “Armeniasputnik”

Diaspora