Türkiyənin Konya şəhərində keçiriləcək “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri iştirak edəcək Azərbaycanın 78 nəfərdən ibarət şəxsi heyəti Türkiyədə qarşılanıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində yazılıb.
Qeyd olunub ki, Azərbaycan Hərbi Hava Qüvvələri 2 MiQ-29 və 2 Su-25 təyyarəsi ilə təlimlərdə iştirak edəcək.
Təlimlər sentyabrın 6-dan 17-dək davam edəcək.