Azərbaycan tankçıları finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq - VİDEO

Azərbaycan tankçıları finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq - VİDEO backend

“Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu mərhələdə hər komanda üzrə üç ekipaj tankla 50 kilometr məsafəni keçərək 24 hədəfi məhv etməlidir.

Yarımfinal mərhələsinin nəticələrinə əsasən finala vəsiqə qazanan komandalar müəyyənləşəcək.