Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar - FOTO

Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar -  FOTO backend

Azərbaycan tankçıları Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.